Berti Foqts Premyer Liqanın hansı oyunlarına baxacaq?
14.02.2009 - 00:07
Berti Foqts Premyer Liqanın hansı oyunlarına baxacaq?
Azərbaycan futbol yığmasının baş məşqçisi Berti Foqts Bakıya fevralın 19-da qayıdacaq. Apasport.az saytının məlumatına görə, fevralın 11-də Küveytlə Əl-Küveytdə keçirilmiş beynəlxalq yoldaşlıq görüşündən sonra birbaşa vətəninə yollanan almaniyalı mütəxəssis bir həftəlik istirahətin ardından geri dönməyi planlaşdırır.

Bakıya qayıdışı gələn həftənin sonlarına təsadüf edəcək Foqts fevralın 21-22-də Premyer Liqanın XV turunun oyunlarını izləyəcək. Ardından 63 yaşlı çalışdırıcı AFFA-nın həyətində inşa olunan ilk futbol akademiyasının açılış mərasiminə qatılacaq.

Növbəti günlərdə də Premyer Liqa və ölkə kuboku uğrunda yarışlara baxacaq baş məşqçi milli komandamızı martın 2-də Almaniyaya təlim-məşq toplanışına aparacaq.
0