Badri Kvaratsxeliya: Ad günümə ən yaxşı hədiyyə “Neftçi” üzərində qələbə olardı
14.02.2009 - 00:16
“Debütümün “Neftçi” kimi komandaya qarşı olması, mənim üçün çox önəmlidir. Üstəlik, oyun günü ad günüm olacaq. Belə əziz gündə mənim üçün ən yaxşı hədiyyə qələbə olardı. Futbolçularımız fevralın 15-də “Neftçi”ni məğlub etsə, bu, mənim üçün yetər”. Bunu apasport.az saytına açıqlamasında Bakının “Standard” klubunun baş məşqçisi Badri Kvaratsxeliya deyib.
Kvaratsxeliya birinci dövrədə “Neftçi” üzərində təsadüfi qələbə qazanmadıqlarını (1:0) sübut etmək fikrindədir: “İndi rəqib həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Bu səbəbdən bizi çətin sınaq gözləyir. Ancaq “Neftçi”nin də işi asan olmayacaq. Türkiyədə yaxşı hazırlıq keçmişik. Artıq heyətimizi komplektləşdirmişik və yaxşı futbolçular almışıq. Yığdığımız optimal heyətlə “Neftçi”yə gücümüzü göstərəcəyik. Həm də ikinci dövrənin startından çox şey asılıdır. Uğurlu nəticə olsa, bu, özünəinamı artıracaq, psixoloji durumu xeyli yaxşılaşdıracaq”.
Karyerası ərzində “Neftçi”yə qarşı xeyli oyun keçirən Badri vurduğu qollarla “Kəpəz” və “Şəmkir”ə xal qazandırıb. Fevralın 15-də 44 yaşı tamam olacaq gürcü məşqçi indi yetirmələrindən ad günü hədiyyəsi kimi qələbə gözləyir: “Bütün oyunlarda nəticə qazanmağa çalışacağıq. Həmişə əsas rəqibimiz olan “Neftçi” ilə görüşləri xoş xatirə kimi yada salıram. Bu komandaya qarşı oyunlarım adətən yaxşı alınıb, dəfələrlə qol vurmuşam. İstəyirəm ki, yetirmələrim bu dəfə meydanda öz sözünü deyib, “Neftçi”nin qapısına yol tapsın. Hər halda, mən bir baş məşqçi tapşırıqlarımı, öz tövsiyələrimi verəcəyəm”.

0
0