Zeynal Zeynalov: Mən yığmanın futbolçusu olduğum üçün qiymətimi qaldırmıram
13.02.2009 - 19:14
Zeynal Zeynalov: Mən yığmanın futbolçusu olduğum üçün qiymətimi qaldırmıram
“Milli komandanın Dubay toplanışı maraqlı alındı. Yaxşı rəqiblərlə qarşılaşdıq. Qələbə qazanmaq istəsək də, bu, alınmadı. Futbolda belə şeylər olur”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının yarımmüdafiəçisi Zeynal Zeynalov deyib.

Dubaydakı hazırlıq prosesində zədə alan 29 yaşlı futbolçunun bu problemi artıq arxada qalıb. İndi Zeynalı əsas qayğılandıran onun klub karyerası ilə bağlıdır. İlk dövrənin sonunda kapitanı olduğu “Muğan”ın kənarlaşdırdığı Zeynalov hələ ki özünə yeni klub tapa bilmir: “Qəbələ”, “Olimpik”, “Bakılı” variantlarından heç bir alınmır. Burada mənlik bir şey yoxdur. Sadəcə, danışığımız baş tutmur. Əslində, çox pul istəmirəm. Yığmanın futbolçusu olduğum üçün qiymətimi qaldırmıram. “Muğan”la bağlılığım qalsa da, bu, problem yaratmayacaq. Onu mən həll edəcəyəm. Başqa kluba keçmədiyim halda, “Muğan”a dönməyəcəyəm. Çağırsalar belə, geri qayıtmaram. Görək, bəlkə “transfer pəncərəsi”nə bağlanması ərəfəsində işim düzəldi. Hələlik fərdi məşq edirəm”.
0