“Professor” rəyi
13.02.2009 - 22:26
“Professor” rəyi
“Bakı” klubunun yarımmüdafiəçisi Mahmud Qurbanov Premyer Liqanın XIV turu çərçivəsində sabah MOİK-ə qarşı keçirəcəkləri görüş barədə fikrini bildirib. Apasport.az saytının məlumatına görə, “hərbçilər”i zəif komanda saymayan veteran futbolçunun fikrincə, rəqib meydana döyüşmək üçün çıxacaq: “Lakin, bu o demək deyil ki, biz qalib gələ bilməyəcəyik. Bütün oyunlarda olduğu kimi, komanda yoldaşlarım və mən meydana yalnız qələbə üçün çıxacağıq".

"Professor" qarşıdakı oyunda meydana çıxıb-çıxmayacağının məşqçidən asılı olduğunu söyləyib: “Mənim bu oyunda komanda yoldaşlarımla birgə meydana çıxıb-çıxmayacağım baş məşqçidən asılıdır. Son qərarı Hacıyevski verəcək. Özümə əminəm və istənilən an oynamağa hazıram".
0