Rafael Əmirbəyov kapitanlığı təhvil vermək istəmir
14.02.2009 - 11:05
Rafael Əmirbəyov kapitanlığı təhvil vermək istəmir
“Zədəmi tam sağaltmışam. Antalyada keçirdiyimiz təlim-məşq toplantısında bərpa prosesini uğurla başa vurdum. Bir neçə yoldaşlıq görüşündə meydanda oldum və sonadək oynadım”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun kapitanı Rafael Əmirbəyov deyib.

Türkiyənin Antalya şəhərində keçirilən hazırlıq prosesində bir müddət zədə səbəbindən kənarda qalan 33 yaşlı müdafiəçi özünü Premyer Liqanın ikinci dövrəsinə hazır sayır. Əmirbəyov “Bakı”da uzun müddət daşıdığı kapitan sarğısı ilə bağlı da öz iddiasını ortaya qoyub: “Özümü əla hiss edirəm. Var gücümlə oynamağa hazıram. Kapitan sarğısını kiməsə təhvil vermək fikrim yoxdur. MOİK-lə oyunda da start heyətində meydana çıxacağıma əminəm. İnanıram ki, 3 xal qazanıb çempionluq mübarizəsini davam etdirəcəyik”.
0