AFFA-da kadr dəyişikliyi: Bəhruz Əsgərova yeni vəzifə verildi
14.02.2009 - 12:14
AFFA-da kadr dəyişikliyi: Bəhruz Əsgərova yeni vəzifə verildi
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) kadr dəyişikliyi baş verib. Belə ki, Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərov Uşaq və Gənclər Futbol Yarışlarının Təşkili və Keçirilməsi Departamentinə rəhbər təyin olunub. Bu haqda apasport.az saytına AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Quliyev məlumat verib. Milli Komandalar Departamenti isə yığmamızın baş inzibatçısı İslam Abbasova həvalə edilib.

Qeyd edək ki, indiyədək Uşaq və Gənclər Futbol Yarışlarının Təşkili və Keçirilməsi Departamentində rəis olmayıb. Bu qurumda ən yüksək vəzifədə çalışan baş mütəxəssis Xalid Novruzov bir müddət öncə işdən kənarlaşdırılıb.
0