“İnter” daha iki futbolçu aldı
14.02.2009 - 12:27
“İnter” daha iki futbolçu aldı
Bakının “İnter” klubu “transfer pəncərəsi”nin bağlanması ərəfəsində daha iki futbolçu alıb. Bu haqda apasport.az saytına məlumat verən komandanın baş meneceri Rüstəm Abdullayevin sözlərinə görə, latviyalı yarımmüdafiəçi Vladimir Kolesniçenkonun ardınca, braziliyalılar Adriano Da Silva və Karlos Veltonun da keçidi artıq həll olunub: “Hər iki hücumçu ilə artıq müqavilə imzalamışıq. Velton ilk dövrədə Bakının “Standard” klubunda oynadığı üçün onun transfer vərəqəsi ilə bağlı problem yoxdur. Ancaq Kolesniçenko ilə Da Silva ölkəmizdə ilk dəfə çıxış edəcəklər. Onların transfer vərəqəsinin gəlib çıxmasını gözləyirik. “Olimpik”lə sabahkı görüşdə yeni legionerlərimizdən Karlosun meydana çıxması gözlənilir”.

Cari mövsümdən ölkəmizdə çıxış edən Velton ilk dövrədə “İnter”ə qarşı üç dəfə oynayıb. Bunlardan ikisi kubok, biri Premyer Liqa matçı olub.
0