Zeynal Zeynalov “Standard”da
14.02.2009 - 12:55
Zeynal Zeynalov “Standard”da
Azərbaycan yığmasının yarımmüdafiəçisi Zeynal Zeynalov özünə yeni klub tapıb. Uzun müddət komanda axtarışında olan 29 yaşlı futbolçu karyerasını Bakının “Standard” klubunda davam etdirəcək. Komandanın baş məşqçisi Badri Kvaratsxeliya apasport.az saytına açıqlamasında Zeynalovu sərəncamında görmək istədiyini təsdiqləyib.

Ancaq Kvaratsxeliya transferin hələ rəsmiləşmədiyini bildirib: “Danışıqlar yekunlaşmadığı üçün Zeynalın keçidinin artıq reallaşdığını demək olmaz. Amma onu komandamızda görməkdə maraqlıyıq. Məsələyə günün ikinci yarısında aydınlıq gələcək”.

“Standard” Zeynalovu “Neftçi” ilə sabahkı oyuna sifariş edə bilsə, futbolçu ötən mövsüm şərəfini qoruduğu komandaya qarşı oynayacaq.

Qeyd edək ki, ilk dövrədə “Muğan”da çıxış edən Zeynal kapitan olub. Orta sahə oyunçusu “Bakılı” ilə görüşdən sonra komandadan kənarlaşdırılıb.
0