Bir klubun 14 futbolçusu infeksion xəstəliyə yoluxub
14.02.2009 - 15:49
Bir klubun 14 futbolçusu infeksion xəstəliyə yoluxub
Türkiyə çempionatının I liqasında mübarizə aparan “Kayseri Erciyesspor”un 14 futbolçusu infeksion xəstəliyə yoluxub. Apasport.az saytının lent.az-a istinadən məlumatına görə, fevralın 14-ə keçən gecə rahatsızlaşan oyunçular ürək bulanması, qusma, yüksək hərarət, baş ağrısı və öskürək kimi şikayətlərlə klub rəsmilərinə müraciət edib.

Erciyes Universitetinin tibb fakültəsi xəstəxanasına çatdırılan futbolçular təcili yardım şöbəsində yerləşdiriliblər. Həkimlər şələlik müalicənin davam etdiyini bildiriblər. Futbolçuların xəstəliyinin meydana çıxma səbəbi araşdırılır.

Qeyd edək ki, turnir cədvəlində 21 turdan sonra 22 xalla 17-ci pillədə yer alan “Kayseri Erciyesspor” sabah növbəti matçını “Adanaspor”a qarşı keçirməlidir. Futbolçuların sağlıq problemi tezliklə həll olunmayacağı halda klub rəhbərliyi oyunun təxirə salınması xahişi ilə Türkiyə Futbol Federasiyasına müraciət etmək niyyətindədir.
0