Qyoko Hacıyevski: Ən əsası 3 xal qazanmaq idi ki, buna da nail olduq
14.02.2009 - 16:18
Qyoko Hacıyevski: Ən əsası 3 xal qazanmaq idi ki, buna da nail olduq
“Yaxşı oynadıq. Ən əsası 3 xal qazanmaq idi ki, buna da nail olduq”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Premyer Liqasının XIV turunda MOİK üzərində qazanılan 3:0 hesablı qələbədən sonra “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

Təqvimin komandası üçün əlverişli olduğunu bildirən makedoniyalı çalışdırıcının sözlərinə görə, növbəti turlarda da gözəl oyun sərgiləməklə, mükafatlar uğrunda mübarizəni davam etdirəcəklər.
0