Qəhrəman Əliyev: Üç top buraxsaq da, müdafiəçilərdən razı qaldım
14.02.2009 - 16:23
Qəhrəman Əliyev: Üç top buraxsaq da, müdafiəçilərdən razı qaldım
“Birinci dövrədən sonra komandanı 14 futbolçu tərk edib”. Bu sözləri “Bakı”ya 0:3 hesablı məğlubiyyətdən sonra MOİK-in baş məşqçisi Qəhrəman Əliyev deyib.

Komandasının əsasən gənclərdən qurulduğunu bildirən Əliyevin fikrincə, futbolçularının təcrübəsiz olması nəticədə özünü göstərib: “Komandamızın lideri İsmayıl Məmmədov zədəli olduğundan bugünkü matçda oynamırdı. Biz əsasən oyunu onun üzərində qururduq. 3 top buraxsaq da, müdafiəçilərdən razı qaldım. Əsas məqsədimiz Premyer Liqada yerimizi qorumaqdır”.
0