Qurban Qurbanov “Bakılı”nın Premyer Liqada qalmasını istəyir
14.02.2009 - 16:33
“Təmiz qələbə qazandıq. Futbolçulardan razıyam və onlar gözlədiyimdən daha yaxşı oyun sərgilədilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakılı” üzərində qazanılan 3:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransıda “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Qarşıda çətin oyunların olduğunu bildirən Qurbanovun sözlərinə görə, hər bir matça üç xal qazanmaq üçün çıxacaqlar. Rəqibə gəlincə, baş məşqçi deyib ki, “Bakılı”nın Premyer Liqada qalmasını istəyir.
“Bakılı”nın çalışdırıcısı Bəxtiyar Qulamov isə bildirib ki, bu gün çətin rəqibə qarşı oynadılar: “Rəqib yaxşı komandadır. Biz bacardığımızı meydanda qoyduq. Komandamız güclənməlidir. Rəqibi qələbə münasibətilə təbrik edirəm”.

0
0