Vladislav Qədirov darmadağının səbəbini açıqladı
14.02.2009 - 20:57
Vladislav Qədirov darmadağının səbəbini açıqladı
“Öncə qələbə münasibətilə rəqib komandanı təbrik edirəm. Oyuna gəlincə, futbolçulardan çox narazı qaldım. Onlar verilən tapşırıqları yerinə yetirmədilər”. Apasport.az saytının məlumatına görə, bunu “Muğan” klubunun baş məşqçisi Vladislav Qədirov deyib.

Premyer Liqanın bu gün keçirilən XIV turunda “Qəbələ”yə 0:4 hesabıyla uduzan Salyan təmsilçisinin çalışdırıcısı bildirib ki, rəqib komandanın vurduğu erkən qollar yetirmələrinə təsir edib: “Rəqibin oyununu izləmişdim. Bilirdim ki, heyətlərində ucaboylu futbolçuları var. Futbolçulara da demişdim ki, rəqibin məhz ucaboylu oyunçularını nəzarətdə saxlamaq lazımdır. Amma bunu etmədilər. Bunun nəticəsində də ilk iki qol başla vuruldu ki, bu da futbolçularımı “sındırdı”. Bu səbəbdən də böyük hesabla məğlub olduq”
0