Azarkeşlər Adamiyanı meydanda kövrəltdi
15.02.2009 - 00:01
Azarkeşlər Adamiyanı meydanda kövrəltdi
İkinci dövrənin ilk turunda MOİK üzərində qələbə qazanan “Bakı” klubunun futbolçularının oyun barədə fikirləri

Georgi Adamiya: "İlk rəsmi oyunumda "Bakı"nın qələbə qazanması hamı kimi məni də sevindirdi. Azərbaycan azarkeşləri üçün darıxmışdım, tribunalarda "Adamiya-Adamiya" şüarları səslənəndə ixtiyari olaraq gözlərim yaşardı. Start heyətində oynamağım və ilk qolun vurulmasında rolum olması səbəbi ilə qayıdışımın uğurlu alındığını söyləyə bilərəm"

Amiran Mucuri: "Zədəm yeni sağaldığından bir qədər ehtiyatlı oynamaq məcburiyyətində qaldım. Qarşıda həlledici oyunlarımız var. Hesab xeyrimizə 2:0 olarkən Borets zədələndi və məşqçi məni meydana buraxdı. Oyunun sonlarında qol vurmaq imkanım var idi, amma hədəfi dəqiq nişan ala bilmədim"

Elvin Əliyev: "İlk oyun həmişə çətin alınır. Son 2 ay yarımda ilk rəsmi oyuna çıxmışdıq. Təbii ki, nöqsanlar oldu. Ancaq inamlı oynayıb, 3 xalı qazandıq. Ən önəmlisi isə rəqibə bir dəfə də olsun qol vurmaq imkanı vermədik".
0