Valentin Xodukin: Qələbəmizə külək də kömək etdi
16.02.2009 - 11:42
Valentin Xodukin: Qələbəmizə külək də kömək etdi
“Olimpik” ciddi rəqibdir. Bu komanda ilə oyunlarımız həmişə çətin alınıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun ukraynalı baş məşqçisi Valentin Xodukin deyib.

Premyer Liqanın ikinci dövrəsinə “Olimpik” üzərində 1:0 hesablı qələbə ilə başlayan son Azərbaycan çempionu bununla da liderliyini möhkəmlətdi. Ancaq Xodukin bu qələbəni çətinliklə əldə etdiklərini gizlətmir: “Rəqib müdafiəsini yaxşı qurduğu üçün onu yarmaq çətindir. Prinsipcə, bunu gözlədiyimizdən iki ucaboylu hücumçu ilə çıxış etdik. Bu, müdafiəni birtəhər yarmağa hesablanmışdı. İlk hissədə bu alınmırdı, oyunun gərginliyi böyük idi. Ancaq ikinci hissədə vəziyyət dəyişdi və külək bizə kömək oldu. Yerinə yetirdiyimiz cərimə zərbəsindən sonra qol vurmağımızda küləyin də təsiri oldu. Belə oyunların taleyini adətən bir qol həll edir”.

Qeyd edək ki, “İnter” cari mövsümdə uduzmayan yeganə komandadır.
0