Rövşən Əhmədov ən aşağı qiymət aldı
16.02.2009 - 12:10
Rövşən Əhmədov ən aşağı qiymət aldı
Azərbaycan Premyer Liqasının XIV turunun oyunlarını idarə edən hakimlərin qiymətləri açıqlanıb. Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, arxada qalan turun matçlarında yalnız 4 ədalət təmsilçisi həmkarlarından fərqlənib. Belə ki, yeddi matçda iştirak edən 28 hakimin 24-ü eyni – normal qiymət sayılan 8-ə layiq görülüb.

Turun mərkəzi görüşü olan “İnter” – “Olimpik” matçını idarə edən Zöhrab Qədiyev həftəsonu ən yüksək qiymət alan fit sahibi olub. “Qarabağ” – “Bakılı” oyununun idarəçiliyinin aşağı səviyyədə olması meydana çıxan üç hakimin qiymətlərində də əks olunub. Təcrübəli baş hakim Rövşən Əhmədov 7,7, köməkçiləri isə daha aşağı qiymət alıb.

14 fevral
"Qarabağ - "Bakılı"

Baş hakim: Rövşən Əhmədov – 7,7
Hakim-köməkçiləri: Rauf Məmmədov – 7,0, Samir Hacıyev – 7,0, Elçin Səmədli – 8,0

MOİK - "Bakı"
Baş hakim: Fariz Yusifov – 8,0
Hakim-köməkçiləri: Əliyar Ağayev – 8,0, Roman Vasilyev – 8,0, Hacıəli Ağayev – 8,0

"Muğan" - "Qəbələ"
Baş hakim: Anar Niyazov – 8,0
Hakim-köməkçiləri: Mehman Mahmudov – 8,0, İlham Əliyev – 8,0, Ramil Diniyev – 8,0

15 fevral
"Xəzər-Lənkəran" - "Karvan"


Baş hakim: Vüsal Əliyev – 8,0
Hakim-köməkçiləri: Azad Q.Hüseynov – 8,0, Orxan Məmmədov – 8,0, Azad Mütəllimov – 8,0

"İnter" - "Olimpik"
Baş hakim: Zöhrab Qədiyev – 8,1
Hakim-köməkçiləri: Munis Abdullayev – 8,0, Aydın Ələkbərov – 8,0, Ceyhun Haşımov – 8,0

"Neftçi" - "Standard"
Baş hakim: Babək Quliyev – 8,1
Hakim-köməkçiləri: Azər Məmmədov – 8,0, Ramiz Əsədov – 8,0, Zöhrab Əliyev – 8,0

"Turan" - "Simurq"
Baş hakim: Anar Salmanov
Hakim-köməkçiləri: İsgəndər Əliyev – 8,0, Azər Əsgərov – 8,0, Elvin Əsgərov – 8,0
0