“İnter” 9-cu oldu
16.02.2009 - 15:19
“İnter” 9-cu oldu
Bakının “İnter” klubu Azərbaycan Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyasını 20-yə çatdırıb. Apasport.az saytının hesablamalarına görə, tarixinin ən yaxşı nəticəsinə imza atan bakılılar 10 aydır ölkə çempionatında uduzmur. Cari mövsüm məğlubiyyət acısı dadmayan yeganə komanda olan “İnter” üçün “Olimpik”lə görüş 14-cü qarşılaşma idi. Ötən çempionatın son 6 oyununda da meydanı xalsız tərk etməyən Valentin Xodukinin yetirmələri sonuncu dəfə 2008-ci il aprelin 13-də məğlub olub. Həmin gün paytaxt təmsilçisi səfərdə “Xəzər-Lənkəran”a 1:3 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, Premyer Liqa tarixinin 11-ci nəticəsini göstərən “İnter” məğlubiyyətsiz oyunlar seriyasını 20-yə çatdıran 9-cu komanda oldu. İndiyədək “Turan” (iki dəfə 27) və “Şəmkir” (23 və 21) hərəyə iki, “Kəpəz” (28), “Neftçi” (26), “Olimpik” (25), “Karvan” (24), “Qarabağ” (22), “Xəzər-Lənkəran” (21) isə bir dəfə belə seriyaya malik olub.
0