Azərbaycan yığmasına 24 futbolçu çağırıldı
16.02.2009 - 15:28
Azərbaycan yığmasına 24 futbolçu çağırıldı
Azərbaycanın 17 yaşlılardan ibarət milli komandasının heyəti açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yığmanın baş məşqçisi Bernard Lippert fevralın 19-dan 28-ə qədər keçiriləcək təlim-məşq toplanışına 24 futbolçu dəvət edib. Almaniyalı mütəxəssisin sərəncamında olacaq oyunçular sırasında Azərbaycan milli komandasının tərkibində Birləşmiş Ərəb Əmirliklərində hazırlıq keçən Araz Abdullayev də yer alıb. Tərlan Quliyev, Amid Quluzadə, Emin Mehdiyev, Ruslan Tağızadə, Mirhüseyn Seyidov, Araz Abdullayev, Nicat Qurbanov, Qara Qarayev, Sabir Ramazanov, Orxan Məsimli, Elgiz Kərəmli, Andrey Popoviç, Kiril Bejenar, Boqdan Stolyarenko, Anar Məhərrəmov, Anar Abdulov, Namiq Abdullazadə, Yasin Yaqubzadə, Nurlan Qurbanov, Məhəmməd Qurbanov, Aleksey Qavrilyuk, Murad Qurbanov, Rəşad Eyyubov və Hacı Əhmədovun qatıldığı toplanış Avropa çempionatının ikinci seçmə mərhələsinə hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, Sumqayıtda keçirilən toplanış çərçivəsində iki beynəlxalq yoldaşlıq oyunu keçirəcək U-17 fevralın 26-da və 28-də gürcüstanlı həmyaşıdları ilə qarşılaşacaq.
0