İkinci dövrə kimi nə dərəcədə dəyişdi?
16.02.2009 - 17:04
İkinci dövrə kimi nə dərəcədə dəyişdi?
Azərbaycan Premyer Liqasının XIV turunda 58 futbolçu yeni komandasının heyətində meydana çıxıb. Apasport.az saytının məlumatına görə, yeni transferlərinə daha çox autsayderlər güvənib.

“Muğan”ın arxada qalan turda meydana çıxan 13 futbolçusundan 10-u ilk matçına çıxıb. “Turan”ın 9, MOİK-in 8, “Bakılı”nın 6 yeni oyunçusu meydana çıxdığı turda bu dörd komandadan heç biri xal qazana bilməyib. Üst-üstə 33 transferin xidmətinə elə ilk oyunda ehtiyac uyan “dördlüy”ün heyətini ciddi şəkildə dəyişməsi nəticələrdə öz əksini tapmayıb.

Maraqlıdır ki, birinci dövrəni 4 autsayderdən ön sıralarda bitirən ortabablar yeni transferlərə bel bağlamaqda da 7-10-cu pillələrdə qərarlaşıb. Hərəyə 5 yeni oyunçusunu ilk matçda “döyüşə atan” “Qəbələ” ilə “Neftçi” turnir cədvəlində geri qaldıqları “Standard”la “Qarabağ”dan daha çox dəyişib. Bu iki komanda isə ilk dövrə ilə müqayisədə XIV turda hərəyə 3 dəyişiklik edib.

Liderlər isə heyətinə əl gəzdirməyə meyllilik nümayiş etdirməyib. “Bakı”, “Simurq” və “Karvan” qış fasiləsində heyətə qatdığı futbolçulardan yalnız ikisinə bel bağlayıb. “İnter”, “Xəzər-Lənkəran” və “Olimpik”də isə bu rəqəm ümumiyyətlə minimuma bərabər olub. Özü də, son iki mövsümün çempionları ilk matçda şans verdikləri yeganə yeni transferə qarşılaşmanın son 20 dəqiqəsində meydana buraxıb.
0