“Bakılı” üzərində qələbəni şişirtməyin bir əhəmiyyəti yoxdur”
16.02.2009 - 18:11
“Bakılı” üzərində qələbəni şişirtməyin bir əhəmiyyəti yoxdur”
“Bakılı” üzərində qələbəni şişirtməyin bir əhəmiyyəti yoxdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun futbolçusu Aslan Kərimov deyib. Azərbaycan Premyer Liqasının XIV turunda “Bakılı”nı 3:0 hesabı ilə məğlub edən ağdamlıların kapitanı həmin oyunun onlar üçün hansı əhəmiyyət kəsb etdiyini də açıqlayıb. Klubun rəsmi saytına açıqlama verən 36 yaşlı yarımmüdafiəçi bu nəticəni özünəinam hissi üçün zəruri sayıb: “Bütün oyunlara 3 xal üçün çıxırıq. “Bakılı” ilə matçda da belə oldu. Düzdür, bu qələbə bizdə özünəinam yaratdı. Bu matç bizim üçün daha çox bir amilə görə maraqlı idi. Həmin gün məşqçimiz Müşfiq Hüseynovun ad günü idi. Bütün komanda olaraq, qələbəni ona həsr edirik. İnanırıq ki, mövsümün sonunda titulla hamını sevindirəcəyik”.

Qeyd edək ki, ikinci dövrəyə qələbə ilə başlayan “Qarabağ” növbəti oyununu “Olimpik”ə qarşı keçirəcək.
0