Fabio Luis Ramim: Rusiyaya məğlub olmağa getməyəcəyik
17.02.2009 - 10:57
“Rusiya yığmasını bütün dünya tanıyır. Lakin bu, o demək deyil ki, biz Moskvadakı oyuna məğlub olmaq üçün çıxacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Fabio Luis Ramim deyib.
“Bakı”nın şərəfini qoruyan braziliyalı yarımmüdafiəçi klubun saytına verdiyi müsahibədə yığmamızın martın 28-də Rusiya ilə qarşılaşmasına toxunub: “Nəzərə almaq lazımdır ki, futbolu hər tərəfdən 11 nəfər oynayır, hər şey meydanda həll olunur. Öz adımdan deyə bilərəm ki, mənim üçün bütün rəqiblər eynidir. İstər Rusiya, istərsə də digər komanda olsun, mən öz oyunumu göstərəcəyəm”.
Azərbaycan yığmasında 7 görüşə 3 qol vuran 28 yaşlı futbolçu ötən ayın 27-dən fevralın 12-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən təlim-məşq toplanışında iştirak etmişdi. Fabio bu hazırlıqların faydalı olduğunu düşünür: “Milli komanda ilə birgə Dubayda hazırlıq keçdim. Bu təlimlər hər zaman futbolçunun xeyrinə olur. Hazırlıq zamanı bir neçə yoxlama görüşündə forma geydim və hətta Özbəkistan milli komandası ilə matçda qol vurdum. Yoxlama oyunlarında, ümumilikdə, pis təsir bağışlamadım. Baş məşqçi Berti Foqts mənə daim öz məsləhətlərini verir və oyunlarda daha cəld düşünüb qərar qəbul etməyimi tövsiyə edir”.
Dörd ildir karyerasını Azərbaycan Premyer Liqasında davam etdirən Ramim ikinci dövrənin startında MOİK üzərində qələbənin əhəmiyyətini vurğulayıb: “Artıq ikinci dövrənin startı verildi və ilk qarşılaşmamızı qələbə ilə başa vurduq. MOİK-lə matçda öz çıxışımı qənaətbəxş hesab edirəm. Komandamın ikinci qoluna imza atdım. Qazanılan qələbə komandanın əhval-ruhiyyəsini yüksəldir, inam hissi oyadır. Bu il çempion olacağımıza əminəm”.
Çempionatın növbəti turunda “Neftçi”ni qəbul edəcək “Bakı”nın milliləşən legioneri qarşılaşmanın hər iki tərəf üçün çətin keçəcəyini düşünür: “Neftçi” çempionatın ən güclü kollektivlərindən biridir. Bu səbəbdən onlara qarşı daha diqqətli oynamalıyıq. Əgər bu oyunda meydana çıxmaq şansı əldə etsəm, qələbə naminə əlimdən gələni edəcəyəm. Mənim meydanda olub-olmayacağım isə baş məşqçinin qərarından asılıdır”.
Qeyd edək ki, Azərbaycanda “MKT-Araz”, “Olimpik” və “Bakı” klublarında çıxış etmiş Fabio indiyədək Premyer Liqada 88 oyun keçirib və 22 qol vurub.

0
0