Uels yığmasının əfsanəsi Berti Foqtsu təriflədi
17.02.2009 - 12:18
Uels yığmasının əfsanəsi Berti Foqtsu təriflədi
“Kişi kimi mübarizə aparan futbolçunu sonuncu dəfə Berti Foqtsun timsalında görmüşəm”. Apasport.az saytının məlumatına görə, bu fikirlər Uels reqbisinin əfsanəsi Garet Edvardsa məxsusdur.

Uzun illər milli komandanın şərəfini qoruyan britaniyalı reqbiçi karyerasını bitisə də, mətbuatda yazdığı köşə yazıları ilə dünya idmanını haqda düşüncələrini ortaya qoymaqda davam edir. O, futbol tarixində olan müdafiəçilər haqda fikirlərini açıqlayıb: “Bütün dünya məşhur almaniyalı Berti Foqtsun necə mübarizə apardığını gördü. O, 1974-cü ilin dünya çempionatının final matçında çox təhlükəli Yohan Kroyffu zərərsizləşdirməyi bacardı. Çempionlar Kubokunun həlledici görüşündə də almaniyalının fədakar mübarizəsinin şahidi olmuşuq. 1977-ci ildə Mönhenqldbax “Borussiya”sının müdafiəçisi özünü “Liverpul”un lideri Kevin Kiqanın ayaqları altına da atırdı”.

Qeyd edək ki, bu iki finaldan yalnız birində Foqts sevinən tərəf olub. Yığmada çempion olan müdafiəçinin canfəşanlığına baxmayaraq, onun komandası “Liverpul” önündə tab gətirməyib.
0