Almaniyalı məşqçi: Kamran Ağayev Bundesliqada olan rəqabətdən üstün ayrıla biləcək
17.02.2009 - 13:47
Almaniyalı məşqçi: Kamran Ağayev Bundesliqada olan rəqabətdən üstün ayrıla biləcək
“Kamran Ağayev Almaniya Bundesliqasında olan rəqabətdən üstün ayrıla biləcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının məşqçisi Uli Ştayn deyib.

Qapıçılarla çalışan 54 yaşlı alman mütəxəssis Ağayevin Bundesliqada parlayacağına inanır. Belə ki, Almaniya mətbuatının bu ölkədə yaranan qapıçı probleminə həsr olunan yazısına münasibət bildirən Ştayn Kamranı həmvətənlərinə nümunə göstərib: “Kamran Ağayev Berti Foqtsun sərəncamında olan ən perspektivli oyunçulardan biridir. 23 yaşlı bu qapıçı beynəlxalq səviyyəyə uyğun gəlir. Ümid edirəm ki, o, Almaniya klublarında uğur qazanacaq”.

Qeyd edək ki, uzun illər əfsanəvi Toni Şumaxerin əvəzləyicisi olan Ştayn 1986-cı ildə dünya çempionatının gümüş mükafatçısı olub.
0