Qadınlar arasında “Birlik kuboku” turniri
18.02.2009 - 15:06
Qadınlar arasında “Birlik kuboku” turniri
Belarus Futbol Federasiyaları Assosiasiyası (BFFA) “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirini təşkil etmək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, belaruslular hər ilin yanvarında Rusiyada təşkil olunan yarışın analoqunu keçirmək ideyasının müəllifi olub.

Belə ki, BFFA qadın futbolçular arasında MDB və Baltikyanı ölkələrin çempionu adını qazanan komandaların iştirakı ilə “Birlik kuboku”nun təşkilatçısı kimi çıxış etmək əzmindədir. Qurumun sədri olan Gennadi Nevıqlas Belarus mətbuatına açıqlamasında belə turnirin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, hər il qadın komandaları arasında ənənəvi beynəlxalq turnirə ev sahibliyi edən Vitebsk şəhəri “Birlik kuboku”nu da qəbul etməyə hazırdır. Nevıqlas böyük marağa səbəb olacağına əmin olduğu turnirin formatının və turnirin dəqiq tarixinin yaxın müddətdə aydınlaşdıracağını bildirib.

Qeyd edək ki, qadınlar arasında son Azərbaycan çempionatı 2007-ci ildə keçirilib və “Ruslan-93”ün qələbəsi ilə başa çatıb.
0