Erməniləri məğlub edən baş məşqçimiz istefa verdi
23.02.2009 - 11:22
Erməniləri məğlub edən baş məşqçimiz istefa verdi
Azərbaycan futzal yığmasının sabiq baş məşqçisi Andrey Yudin istefa verib. Apasport.az saytının məlumatına görə, rusiyalı mütəxəssis ölkəsinin ən titullu klubu “Dina” ilə yollarını ayırıb. Komanda Rusiya Superliqasında 6-cı yerdə gedir və Yudin istefa ərizəsini yazmaq qərarına gəlib.

Yığmamızın futzalçısı Vitali Borisovun “Dina”da çıxış etdiyini nəzərə alsaq, onun millidə də rəhbərliyi altında oynadığı mütəxəssislə işbirliyi sona çatıb.

Yudin həm futzalçı, həm də baş məşqçi kimi ölkəmizə bağlı olub. Vaxtilə “Turan AİR” klubunun heyətində ölkə çempionu olan Andrey 2 dəfə erməniləri məğlub etməyimizə yardımçı olub. Oyunçu kimi, “Turan AİR”lə Ermənistanın “Araks” klubunu İtaliyada keçirilən avrokubokların qrup mərhələsində yenən (5:2) Yudin daha sonra Çexiyada öz sözünü deyib. Belə ki, onun rəhbərlik etdiyi yığmamız ötən ilin fevralın 28-də dünya çempionatının seçmə mərhələ oyunlarında Ermənistanı böyük hesabla məğlub edib – 9:1.
0