Vladislav Qədirov “Muğan” klubunun baş məşqçisi postundan istefa verdi
25.02.2009 - 13:20
Salyanın “Muğan” klubunun baş məşqçisi Vladislav Qədirov istefa verib. Apasport.az saytının məlumatına görə, 39 yaşlı mütəxəssis cari mövsümün startından çalışdığı komandadan ayrılıb. Buna əyalət təmsilçisinin qeyri-qənaətbəxş nəticələri səbəb olub.
Belə ki, çempionatın 15 turundan sonra hesabında cəmi 5 xal olan “Muğan” turnir cədvəlində 12-ci pillədə qərarlaşıb. Qədirov Premyer Liqanın ikinci dövrəsinin ilk iki oyununda xal qazana bilmədiyindən sonra istefa vermək qərarına gəlib.
Qeyd edək ki, Qədirov Azərbaycan Premyer Liqasının cari mövsüm istefaya göndərilən 6-cı baş məşqçidir.

- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”
0
0