“Qalatasaray” “Bordo” ilə oyuna baş məşqçisiz çıxacaq
25.02.2009 - 14:39
Türkiyənin “Qalatasaray” klubunun yeni baş məşqçisi Bülənt Korkmazın bu postdakı debütü sabah deyil, həftəsonu keçiriləcək Superliqa oyununda gerçəkləşəcək. Apasport.az saytının məlumatına görə, “sarı-qırmızılar”ı UEFA kubokunun 1/16 final mərhələsinin Fransa “Bordo”su ilə cavab oyununa 41 yaşlı mütəxəssis çıxara bilməyəcək.
Buna səbəb Büləntin uyğun məşqçilik lisenziyasına malik olmamağıdır. Əvvəllər Türkiyənin “Ərciyəsspor”, “Bursaspor” və “Gənclərbirliyi” klublarını çalışdıran məşqçinin sənədi avrokuboklara komanda çıxarmağa imkan vermir. Bu səbəbdən “Bordo” ilə matça türkiyəliləri Cavad Gülər çıxaracaq.
Qeyd edək ki, mövcud qaydalara görə A məşqçi kateqoriyasına sahib olan Bülənt “Pro” lisenziyası almalıdır.

- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”
0
0