Erotik sayılan 69 nömrəli formalar satışa çıxarılır - FOTO
25.02.2009 - 16:05
Erotik sayılan 69 nömrəli formalar satışa çıxarılır - FOTO
Almaniyanın “Karlsrue” klubunun xorvatiyalı futbolçusu Dino Drpiç sevgilisi Nives Selsiusun arzusunu gerçəkləşdirə bilib. Apasport.az saytının məlumatına görə, Bundesliqanın ən seksual cütlüyü erotik sayılan 69 nömrəli formalarının satışa çıxarılmasına nail olub.

Hələ bir müddət əvvəl bu arzuya düşən xorvatiyalılar “Karlsrue”nin razılığını ala bilsələr də, Liqa rəhbərliyinin qadağası ilə üzləşmişdilər. Təşkilatçılar futbolçunun bu nömrə altında oynamağına imkan verməsə də, Drpiç Selsiusu sevindirmək imkanı tapıb.

Belə ki, klub rəhbərliyi yalnız satış üçün nəzərdə tutulan Dinonun 69 nömrəli formalarının istehsalına başlayıb. “Karlsrue”nin rənglərini əks etdirən, nömrəsi isə Xorvatiyanı tərənnüm edən ağ-qırmızı xanalarla bəzədilən formaların qiyməti 17,95 avrodur (təxminən 18,48 manat).
0