“Azərsun Holdinq”in növbəti idman kompleksi – FOTO
03.03.2009 - 15:22
“Azərsun Holdinq”in növbəti idman kompleksi – FOTO
“Azərsun Holdinq” inşa etdirdiyi növbəti idman kompleksini əməkdaşlarının istifadəsinə verib. Apasport.az saytının məlumatına görə, kompleks mini futbol sahəsi, voleybol meydançası, soyunma otaqları və duş kabinələrindən ibarətdir. İnşası başa çatmış kompleksin qırmızı lenti bu gün “Azərsun Holdinq”in prezidenti Abdolbari Goozal tərəfindən kəsilib. Açılış mərasimində çıxış edən Goozal, şirkətdə çalışan minlərlə əməkdaşın maddi təminatının yaxşılaşmasını, ölkə rəhbərliyinin vətəndaşların əməyinə verdiyi yüksək qiymətin yeni bir təzahürü kimi dəyərləndirib. Kompleksin inşasında başlıca məqsədin zəhmətkeşlərin maddi rifah halının yaxşılaşması ilə yanaşı, sağlamlıqlarının da qeydinə qalmaları olduğunu bildirən Goozal, ölkədə keçirilən mötəbər yarışlarda Azərsun ailəsinin də üzvlərinin iştirakını arzulayıb.
0