İlqarı Qurbanov milli komandaya gəlmir
04.03.2009 - 17:37
İlqarı Qurbanov milli komandaya gəlmir
Türkiyənin “Boluspor” klubunun şərəfini qoruyan İlqar Qurbanov Azərbaycan yığmasının martın 16-dan 19-dək Bakıda keçirəcəyi təlim-məşq toplanışına qatıla bilməyəcək. Bu haqda apasport.az saytına Qurbanovun özü məlumat verib. 23 yaşlı futbolçunun sözlərinə görə, komandasının Bank Asiya Liqasında vacib oyunları olduğundan milliyə buraxılmır: “Bildiyimə görə, AFFA-dan yığmaya çağırılmağımla bağlı rəsmi sənəd artıq klubumuza daxil olub. Ancaq martın 17-də “Kasımpaşa” ilə evdə, 22-də “Qaziantep Bələdiyyəspor”la səfərdə oyunumuz var. “Kasımpaşa”nın liderlərdən olduğunu nəzərə alsaq, bu komanda ilə görüş xüsusilə vacibdir. Millinin toplanışı oyunlarımızla üst-üstə düşdüyü üçün “Boluspor” məni buraxmır. Onlar bu vacib görüşlərdə xidmətimdə maraqlıdırlar. Mən yığmaya yalnız 22-dən sonra gələ bilərəm”.
0