Uli Ştayn Azərbaycan futbolunun səviyyəsini Regional Liqa ilə müqayisə etdi
05.03.2009 - 11:48
Uli Ştayn Azərbaycan futbolunun səviyyəsini Regional Liqa ilə müqayisə etdi
“Azərbaycan futbolunun maksimal səviyyəsi Almaniya Regional Liqasıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri milli komandamızın məşqçisi Uli Ştayn deyib.

Hazırda Frankfurt şəhərində təlim-məşq toplanışında olan Azərbaycan yığmasının qapıçılarla işləyən alman çalışdırıcısı “Bild” qəzetinə müsahibəsində yalnız Kamran Ağayevdən razı qaldığını bildirib: “Qapıçım isə raketdir. Mən özüm ayda bir dəfə Berti Foqtsun rəhbərlik etdiyi komandanın hazırlıqlarına qatılıram”.

Frankfurt təmsilçisi “Ayntraxt”ın tarixinə ən çox oyun (224) keçirən qapıçı kimi düşən Ştayn Bundesliqa ilə bağlı fikirlərini də açıqlayıb. 1987-1994-cü illərdə çıxış etdiyi klubun aşağı dəstəyə yuvarlanmayacağına əmin olan mütəxəssis buna izah da tapıb: “Bohum” və “Enerji” enişdədir. Mönhenqladbax “Borussiya”sı və “Karlsrue”nın də vəziyyəti yaxşı deyil. Mənim oynadığım vaxtlar möhtəşəm dövr idi. Yeboa kimi oyunçumuz var idi ki, belələrini ucuz qiymətə transfer etmək olardı. İndi isə bunun üçün 20 milyon lazımdır. Almaniya çempionu adına gəlincə, “Volfsburq” birinci olacaq. Ona görə ki, heç kim onları hesaba almır. Hərçənd, bu komanda “Bavariya”dan da güclüdür”.

Qeyd edək ki, Regional Liqa gücünə görə Almaniya çempionatının dördüncü dəstəsi sayılır.
0