“Neftçi”yə qarşı oynayan futbolçu dünyasını dəyişdi
05.03.2009 - 13:38
“Neftçi”yə qarşı oynayan futbolçu dünyasını dəyişdi
SSRİ çempionu Valeri Broşin vəfat edib. Apasport.az saytının məlumatına görə, uzun sürən xəstəlikdən əziyyət çəkən veteran futbolçu 47 yaşında dünyasını dəyişib.

“Zenit” və Moskva MOİK-ində çıxışı ilə tanınan Broşin sovet futbolunda sonuncu “qızıl dubl”un müəlliflərindən olub. İki dəfə ölkə çempionluğunu qazanan yarımmüdafiəçi SSRİ yığmasına da cəlb edilib. Broşin həmyerlimiz İqor Ponomaryov 1988-ci ildə qalibi olduğu Seul Olimpiadasının seçmə mərhələ oyunlarında çıxış edib.

Qeyd edək ki, SSRİ çempionatlarında dəfələrlə “Neftçi”yə qarşı oynamış Broşin müstəqillik dönəmində də Bakıya gəlib. O, Rusiyanın veteranlarından ibarət yığma komandasının heyətində bizə qarşı yoldaşlıq görüşündə iştirak edib.
0