Roman Pokora: “Neftçi” ilə oyunda xal itirmək fikrimiz yoxdur
05.03.2009 - 14:25
Roman Pokora: “Neftçi” ilə oyunda xal itirmək fikrimiz yoxdur
"Komandamızın öz yolu və üslubu var və bundan kənara çıxmaq fikrimiz yoxdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Roman Pokora deyib.

Ukraynalı mütəxəssis Azərbaycan Premyer Liqasının XVII turunda qarşılaşacaqları rəqibin kimliyinin əhəmiyyət kəsb etmədiyini düşünür. Pokora klubun rəsmi internet saytına açıqlamasında “Neftçi” ilə görüşdə də qələbə iddiasında olduqlarını bildirib: “Yeni bir şey deməyəcəyəm. Digər matçlara necə hazırlaşırdıqsa, "Neftçi" ilə matça da o cür hazırlaşırıq. Rəqibdən asılı olaraq, hazırlıq planını dəyişmirik. Digər tərəfdən, bu oyunun bizim üçün vacib olduğunu gizlətmirik. Hər şeydən əvvəl evdə oynadığımız üçün. Zaqatala azarkeşləri qələbələrə layiqdirlər. Evdə xal itirmək fikrimiz yoxdur. Məqsədimizə yetişmək üçün hər oyunda qələbə qazanmağa çalışmalıyıq".

Qeyd edək ki, 16 turdan sonra hesabında 37 xalı olan və turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan “Simurq” tarixi ərzində heç vaxt “Neftçi”ni məğlub edə bilməyib.
0