“Qarabağ”ın məşqçisi dünyada 12-ci yerdədir
05.03.2009 - 14:33
“Qarabağ”ın məşqçisi dünyada 12-ci yerdədir
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) məhsuldar qapıçıların növbəti siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda yeganə dəyişiklik Dimitar İvankovun irəliləməsidir. Milli komandamızın kapitanı Rəşad Sadıqovla birgə vaxtilə “Kayserispor”da bir yerdə çıxış etmiş bolqar qapıçı hesabında vurulan qolların sayını 33-ə çatdırıb.

Futbolçu karyerası boyu 21 qol vuran “Turan”ın qapıçısı yenə də mövqeyini qoruyub. Hazırda Ağdamın “Qarabağ” klubunda qapıçılarla işləyən məşqçi olan 42 yaşlı Sadıqov dünyanın 12-ci ən məhsuldar qapıçısıdır. Ona hələ də çatan yoxdur.


1. Rocerio Seni (“San Paulo”) Braziliya 83 qol (36-sı penaltindən / 47-si oyundan)
2. Xose Luis Çilavert (“Penarol”) Paraqvay 62 qol (45/17)
3. Rene İquita (CS “Deportivo”) Kolumbiya 41 qol (37/4)
4. Xorxe Kampos (“Puebla”) Meksika 40 qol (9/31)
5. Conni Martin Veqas (“Sport Ancash Huaraz”) Peru 36 qol (28/8)
6. Dimitar Ivankov (“Bursaspor”) Bolqarıstan 33 qol (33/0)
7. Alvaro Misel Alfaro (CD “Atletico”) Salvador 31 qol (20/11)
8. Hans-Jorq Butt (“Bavariya”) Almaniya 28 qol (28/0)
9. Marco Antonio Cornez (“Deportes”) Çili 24 qol (24/0)
10. Dragan Panteliç (“Radniçki”) Yuqoslaviya 22 qol (21/1)
11. Zarko Luçiç (“Mladost”) Çernoqoriya 21 qol (21/0)
12. Nizami Sadıqov (“Turan”) Azərbaycan 21 qol (12/9)


Qeyd edək ki, İFFHS siyahıya 20 və daha çox qol vuran qapıçıların adlarını daxil edir.
Siyahıda olan qapıçılardan Sadıqovla yanaşı, Luçiç, Panteliç, Kornez, Kampos, və Çilavert artıq futbolçu karyeralarını bitirib. İquita isə karyerasını başa vursa da, ötən ilin iyulunda yenidən yaşıl meydana qayıdıb.
0