Azərbaycanlı futbolçu üçün “Volqa”
05.03.2009 - 15:29
Azərbaycanlı futbolçu üçün “Volqa”
Azərbaycan yığmasının sabiq futbolçusu Emin Ağayev daha bir il Rusiyanın ikinci divizionunda top qovacaq. Apasport.az saytının məlumatına görə, 36 yaşlı müdafiəçi ötən mövsüm çıxış etdiyi Tverin “Volqa” klubu ilə yeni müqavilə imzalayıb. Bir müddət əvvəl Eminin futbolçu karyerasını bitirib məşqçiliyə başlayacağı ilə bağlı söz-söhbətlər yaransa da, bu, gerçəkləşməyib. Ağayev Qərb zonasında çıxış edən komandasına mövsümün sonunadək kömək edəcək.

Qeyd edək ki, ötən il “Volqa”nın vitse-kapitanı olan Emin çempionatın meydana çıxdığı 33 matçında 1 qol vurmuşdu.
0