Ronaldo dalaşdı və eybəcər adlandırıldı
05.03.2009 - 15:37
Ronaldo dalaşdı və eybəcər adlandırıldı
Ötən il həm dünyanın, həm də Avropanın ən yaxşı futbolçusu seçilən Kriştianu Ronaldo İngiltərə Premyer Liqasının hesabat turunda qalmaqal yaradıb. Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”də çıxış edən 24 yaşlı yarımmüdafiəçi “Nyukasl”ın futbolçusu Stiven Teylorla dalaşıb.

Teylor matçın 45-ci dəqiqəsində Ronaldo ilə mübarizədə qaydanı pozub. Ronaldo isə fasiləyə yollanarkən rəqibinə “bekar müdafiəçi” deyib. Telyorun isə cavabı maraqlı olub. Belə ki, “Nyukasl”ın futbolçusu bir çox qızların dəlicəsinə aşiq olub yaraşıqlı hesab etdiyi Ronaldonu eybəcər adlandırıb: “Heç olmasa, mən Ronaldo kimi eybəcər deyiləm”.

Qeyd edək ki, 28-ci tur çərçivəsində Nyukaslda keçirilən oyun “Mançester Yunayted”in 2:1 hesablı qələbəsi ilə nəticələnib.
0