Hiddinkə kömək etdi, sonra həbs olundu
05.03.2009 - 15:49
Hiddinkə kömək etdi, sonra həbs olundu
Rusiya yığmasının baş məşqçisi Qus Hiddinkin mühasibi haqda qərar çıxarılıb. Apasport.az saytının məlumatına görə, Hollandiyanın Den Boş şəhəri məhkəməsi vergi məsləhətçisi Simon van der Boomenə altı aylıq həbs cəzası kəsib. Bu şəxs Hiddinkə 2002-2003-cü illərdə vergidən yayınmaqda kömək etməkdə təqsirli sayılır. Boomenlə yarım ili həbsxanada keçirməklə yanaşı, 160 saat ictimai işlə məşğul olmalıdır.

Qeyd edək ki, vergidən yayınmaya görə Hiddink haqda 2007-ci ildə yarım illik şərti iş kəsilib. Təcrübəli mütəxəssis bu qanunsuz hərəkətinə görə 45 min avro məbləğində cərimə də ödəməli olub.
0