Ərəb şeyxindən Messiyə 112 milyon avroluq təklif
05.03.2009 - 16:45
Ərəb şeyxindən Messiyə 112 milyon avroluq təklif
İngiltərənin “Mançester Siti” klubu argentinalı Lionel Messini rekord məbləğə transfer etməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, Mançester təmsilçisi “Barselona”nın 22 yaşlı yarımmüdafiəçisinə 112 milyon avro xərcləmək fikrindədir.

“Mançester Siti”nin sahibi, ərəb şeyxi Süleyman Əl-Fəhim Argentina futbolunun böyük pərəstişkarıdır. Ərəb milyarderi belə böyük məbləğdə transferi reallaşdırmağa öz razılığını verib: “Mən Dieqo Maradonanın böyük pərəstişkarı olmuşam. Ancaq mənə onunla bir yerdə işləmək heç vaxt mümkün olmayacaq. Ancaq elə etmək olar ki, Messi komandamda oynasın. Mən bunu edə bilərəm”.

Ötən il Pekində Argentina yığmasının heyətində olimpiya çempionu olan Messi cari mövsümdə fantastik oyun nümayiş etdirir. O, artıq 17 qol vurub, komandası ilə həm İspaniya Primerosu, həm də Çempionlar Liqasında uğurla çıxış edir.

Qeyd edək ki, “Mançester Siti” bir müddət öncə “Milan”ın braziliyalı yarımmüdafiəçisi Kakaya görə də böyük məbləğdə pul xərcləməyə hazır olsa da, transfer baş tutmadı.
0