Yığma “Standard”a uduzmadı
05.03.2009 - 16:48
Yığma “Standard”a uduzmadı
Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, fevralın 28-dən təlim-məşq toplanışında olan 19 yaşlılardan ibarət yığma bu gün “Standard” klubunun əvəzedicilərdən ibarət komandası ilə qarşılaşıb. Qolsuz heç-heçə ilə nəticələnən matç Olimpiya Yığma Komandalarının Təlim-Məşq Mərkəzində baş tutub.

Qeyd edək ki, 2010-cu ildə keçiriləcək Avropa çempionatının payızda başlayacaq seçmə oyunlarına hazırlaşan Yaşar Vahabzadənin yetirmələri iki gün əvvəl “Neftçi-1” ilə heç-heçə oynamışdı - 1:1.
0