Demyanenko: “Neftçi” Ukrayna çempionatında ilk “onluğ”a düşə bilər
05.03.2009 - 17:35
Demyanenko: “Neftçi” Ukrayna çempionatında ilk “onluğ”a düşə bilər
“Hazırda konkret təkliflərim yoxdur. Bir neçə Ukrayna və əcnəbi klublarla danışıqlar aparıram. Ancaq indi bunlar yalnız danışıqlar səviyyəsindədir”. Apasport.az saytının məlumatına görə, bunu Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Anatoli Demyanenko deyib.

Ötən ilin avqustunda ölkəmizi tərk edən 50 yaşlı ukraynalı mütəxəssis flaqmanda yaxşı heyətə malik olduğunu bildirib: “Mən “Neftçi”yə gələndə orada kifayət qədər yaxşı futbolçular var idi. Onların hər biri ilə söhbət edirdim. Futbolçuları inandırmaq lazım idi ki, vacib olan fiziki yükləmələri yerinə yetirmək lazımdır. Onlar bu yükləmələri qəbul etdilər və yaxşı nəticə göstərdilər. “Neftçi”nin futbolçuları texniki planda yaxşı hazırlıqlıdırlar. İntertoto kubokunda iki mərhələ keçdik. Üçüncü rəqibi keçmək üçün bir az bəxtimiz olmadı”.

Demyanenko “Neftçi”nin Ukrayna Premyer-Liqasında çıxış edəcəyi halda, potensialı ilə bağlı fikrini bildirib: “Neftçi” pis komanda deyildi. Fikrimcə, komanda Premyer-Liqada qalaraq, ilk “onluğ”a düşə bilərdi. İndi onların bəzi problemləri var”.

Qeyd edək ki, Demyanenko “Neftçi”ni 8 ay çalışdırıb.
0