Samir Əliyevdən 1000 manatlıq söyüş
05.03.2009 - 17:40
Samir Əliyevdən 1000 manatlıq söyüş
“Neftçi” klubunun hücumçusu Samir Əliyevi cəzalandırılıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına məlumatına görə, bu gün Nizam-İntizam Komitəsinin keçirdiyi iclasda 30 yaşlı futbolçunun iki oyunluq diskvalifikasiya olunması, klubunun isə 1000 manat məbləğində cərimələnməsi haqda qərar çıxarılıb.

“Neftçi”nin əvəzedici komandasının heyətində son turda “Bakı”ya qarşı oyunda Samir hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alıb. Həmin matçın 65-ci dəqiqəsində kobud oyuna görə ikinci sarı vərəqə alan “Bakı”nın müdafiəçisi Səbuhi Həsənov bir oyunluq cəzaya və 100 manatlıq cəriməyə görə məruz qalıb.

Qeyd edək ki, əvəzedici komandada çıxış edən futbolçuların cəzası Premyer Liqa və kubok oyunları üçün şamil edilmədiyi üçün Samirlə Səbuhi qarşıdakı turda komandalarına kömək edə bilərlər. Bu futbolçuların cəzası yalnız əvəzedicilərin yarışına şamil edilir.
0