Yığmamız Avropa çempionatına 20 futbolçu ilə gedir
06.03.2009 - 15:35
Yığmamız Avropa çempionatına 20 futbolçu ilə gedir
Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının Avropa çempionatının ikinci seçmə qrup oyunları üçün heyəti açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumatına görə, yığmamızın alman baş məşqçisi Bernard Lippert martın 18-dək 26-dək Lüksemburqda keçiriləcək yarışa 20 futbolçu aparacaq.

Bunlar Andrey Popoviç, Kiril Bejenar, Məhəmməd Qurbanov, Murad Qurbanov, Rəşad Eyyubov, Elnur Abdulov, Namiq Abdullazadə, Qara Qarayev, Nicat Qurbanov, Nuran Qurbanov, Tərlan Quliyev, Amid Quluzadə, Elgiz Kərəmli, Anar Məhərrəmov, Emin Mehdiyev, Sabir Ramazanov, Mirhüseyn Seyidov, Ruslan Tağızadə, Yasin Yaqubzadə və Araz Abdullayevdir. Bu futbolçulardan yalnız Araz milli komandamızda oyun təcrübəsi var.

Qeyd edək ki, Lippert bu futbolçuları ilk olaraq vətəninə aparacaq. Yığmamız Avropa çempionatına son hazırlıq məqsədilə martın 9-dan 17-dək Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışı keçəcək. Avropa çempionatının final mərhələsinə yalnız qrup qalibləri vəsiqə qazanacaq.
0