Subaşiç 8 martda Validə Abbasovaya nə hədiyyə edəcək?
07.03.2009 - 00:15
Subaşiç 8 martda Validə Abbasovaya nə hədiyyə edəcək?
Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiç 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə yaxınlarını təbrik etməyə hazırlaşır.

Bu haqda apasport.az saytına açıqlama verən milliləşən serbiyalı futbolçunun sözlərinə görə, yaxın dostu, tanınmış model Validə Abbasovaya hansısa xüsusi hədiyyəsi olmayacaq: “Azərbaycan qadınlarını 8 mart bayramı münasibətilə təbrik edirəm. Onlara can sağlığı, işlərində uğurlar, ailə səadəti arzulayıram. Xüsusilə, dostum Validə Abbasovaya təbriklərimi çatdırıram. Amma uzaqda olduğum üçün ona hər hansı hədiyyə verə bilməyəcəyəm”.

Qeyd edək ki, azərbaycanlı topmodel Validə Abbasova Subaşiç hələ “Neftçi”də çıxış etdiyi dövrdən onunla dostdur. Onlar həm Bakıda, həm Belqradda birgə istirahət ediblər.
0