Türklər Azərbaycan yığmasının rəqibinə kömək edir
07.03.2009 - 11:22
Türklər Azərbaycan yığmasının rəqibinə kömək edir
Rusiya Futbol İttifaqı martın 28-də keçiriləcək Rusiya - Azərbaycan oyunu ərəfəsində bir sıra addımlar atmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, Rusiya yığmasının sponsorları ilə yeni müqavilələrinin imzalanma mərasiminin dünya çempionatının seçmə görüşünədək keçirilməsi planlaşdırılıb.

Artıq rəqibimizin iki yeni tərəfdaşının kimliyinə aydınlıq gəlib. Ruslar nəhəng şirkətlər “Coca-Cola” və “Volksvagen”lə əməkdaşlıq haqda razılaşıb. Türkiyənin “Efes Pilsen” şirkəti ilə daha bir illik müqavilə bağlanıb. Türklərlə anlaşmanın şərtləri rusiyalılara sevinc bəxş edib.

Belə ki, şirkət müqavilənin şərtlərinin son iki illə müqayisədə dəyişdirilməsində israr etməyib. Maliyyə böhranından əziyyət çəkən ruslar isə bunu böyük uğur kimi qəbul edir. Yığmamızla oyun öncəsi isə “Adidas”ın xüsusi olaraq, Rusiya yığması üçün hazırladığı məhsullarının təqdimat mərasimini keçirəcək.
0