“Berti Foqtsun qarşısında vicdanım təmizdir”
07.03.2009 - 12:44
“Berti Foqtsun qarşısında vicdanım təmizdir”
Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışı keçirmiş Azərbaycan milli komandası rusiyalı “casus”lardan qoruna bilməyib. Apasport.az saytının məlumatına görə, yığmamızın düşərgəsinə təşrif buyuran rusiyalı həmkarımız martın 28-də Moskvada keçiriləcək Rusiya – Azərbaycan oyunu ərəfəsində komandamızdakı ab-hava ilə tanış olub. Baş məşqçi Berti Foqtsdan da müsahibə götürən rusiyalı jurnalist millimizlə bağlı təəssüratlarını da açıqlayıb.

...Azərbaycanlıların biri mənim rusiyalı olduğumu görən kimi Moskvadakı havanın necə olduğunu soruşdu. Mən də ondan Bakıdakı hava şəraitini soruşdum. O, Bakıda da Frankfurtdakı kimi 10 dərəcə isti və günəşin olduğunu bildirdi.

...Azərbaycan yığmasında hamı mehriban idi. Lakin hamı “hərbi sirri” məxfi saxlayırdı. Yığmanı gəzdirən avtobusun alman sürücüsündən “Ayntraxt”la oyunun harada keçiriləcəyini soruşanda o öz professor eynəyini altından məni süzüb cavab verdi: “Oyunun keçiriləcəyi ünvanı deyə bilmərəm”.

...Azərbaycan yığmasının qaldığı “Kempinski” otelində fotoaparatımı çıxaranda qara-mavi futbol formasında olan birisi şəkil çəkməyin qadağan olunduğunu bildirdi. Avtobusa tərəfə gedib Berti Foqtsa yaxınlaşdım. Onun cavabı da belə oldu: “Bu günlər heç kimə, heç alman həmkarlarınıza da müsahibə vermirəm”.
Sonra isə ““Ayntraxt”la oyuna da baxmaq olmaz” sözlərini əlavə etdi.

...Foqtsun qadağasını pozmadım. Oyunun harada keçiriləcəyini öyrənsəm də, maşınımı matçın keçiriləcəyi meydandan 200 metr aralıda saxladım. Sözün düzü, oyun boyu maşını tərk etmədim. Düzdür, uzaqdan mavi və qırmızı formada olan futbolçuları görürdüm. Amma hər hansı taktiki sxemdən danışmaq yersizdir. Hətta matçın “Ayntraxt”ın minimal hesablı qələbəsi ilə bitdiyinə də əmin deyildim. Bunu sonradan frankfurtlu futbolçuların birindən öyrəndim. Bir sözlə, Foqts qarşısında vicdanım təmizdir.

... Foqts da məni aldatmırdı. Almaniya mətbuatında onun müsahibəsini tapa bilmədim. Yalnız “Bild”də onun bir neçə kəlməsi yer almışdı. Elə onun köməkçisi Uli Ştayn da bu nəşrə danışmışdı. Amma əsasən “Ayntaxt”la bağlı. Həm də Azərbaycan futbolunun səviyyəsini Almaniyanın üçüncü dəstəsi ilə müqayisə edib, öz yetirməsi Kamran Ağayevi tərifləmişdi.

...Foqtsun müsahibəsinə getdiyim növbəti gündə də o müsahibə verməyəcəyini bildirdi. Bunu almanlara da danışmamağı ilə izah etsə, Foqtsa xatırlatdım ki, qarşıda Almaniya yox, Rusiya ilə oynayırlar. Belə olan halda, yumşalan almaniyalı suallarımı cavablamağa razı oldu.
0