Avropanın 8 ən güclü klubu bəlli oldu
12.03.2009 - 02:34
Avropanın 8 ən güclü klubu bəlli oldu
Çempionlar Liqasının 1/8 final mərhələsində cavab görüşlərinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə baş tutan dörd qarşılaşmadan sonra növbəti mərhələyə yüksələn klublar müəyyənləşib.

Belə ki, “Çelsi”, “Liverpul” (hər ikisi İngiltərə), “Bavariya” (Almaniya) və “Vilyareal”ın (İspaniya) ardınca, “Mançester Yunayted” (İngiltərə), “Barselona” (İspaniya), “Porto” (Portuqaliya) və “Arsenal” (İngiltərə) ¼ finalda oynamaq hüququ qazanıblar.

Bununla da, Almaniya, İspaniya və Portuqaliya təmsilçiləri qalib adı uğrunda dörd ingilis komandasına qarşı mübarizə aparacaq.

ÇEMPİONLAR LİQASI, 1/8 FİNAL, CAVAB OYUNLARI

11 mart

“Mançester Yunayted” (İngiltərə) – “İnter” (İtaliya) - 2:0

Baş hakim: Volfqanq Ştark (Almaniya)
İlk oyun – 0:0
QOL: Nemanya Vidiç, 4; Ronaldo, 49

“Roma” (İtaliya) – “Arsenal” (İngiltərə) - 1:0 6:7 (penaltilərlə)
Baş hakim: Mexuto Qonzalea (İspaniya)
İlk oyun – 0:1
QOL: Juan, 9

“Barselona” (İspaniya) – “Lion” (Fransa) - 5:2
Baş hakim: Tom Henninq Ovrebo (Norveç)
İlk oyun – 1:1
QOLLAR: Tyeri Anri, 25; 27; Messi, 40; Eto,43; Keyta, 90 - Makoun,44; Juninyo, 48

“Porto” (Portuqaliya) – “Atletiko” (İspaniya) - 0:0
Baş hakim: Peter Vink (Hollandiya)
İlk oyun – 2:2


10 mart

“Liverpul” (İngiltərə) – “Real” (Madrid, İspaniya) - 4:0
Baş hakim: Frank de Blekere (Belçika)
İlk oyun – 1:0
QOLLAR: Torres, 16; Cerard, 28; 47; Dossena, 88

“Yuventus” (İtaliya) – “Çelsi” (İngiltərə) - 2:2
Baş hakim: Undiano Malyenko (İspaniya)
İlk oyun – 0:1
QOLLAR: İaquinta, 20; Del Pyero, 74 (penaltiylə) - Essyen, 45; Droqba, 83

“Bavariya” (Almaniya) – “Sportinq” (Portuqaliya) - 7:1
Baş hakim: Martin Hansson (İsveç)
İlk oyun – 5:0
QOLLAR: Podolski, 7; 34; Polqa,39, Şvaynştayger, 43; Bommel, 74; Kloze, 82; Müller, 90 - Santos Moutinyo, 42

“Panatinaikos” (Yunanıstan) – “Vilyarreal” (İspaniya) - 1:2
Baş hakim: Massimo Buzakka (İsveçrə)
İlk oyun – 1:1
QOLLAR: Mantzios, 55 - İbagaza, 49; Llorente, 71
0