Futbol hakimlərimiz qulaqcıq taxacaqlar
12.03.2009 - 00:15
Futbol hakimlərimiz qulaqcıq taxacaqlar
AFFA və Peşəkar Futbol Liqası matçlarda hakimliyin müasir tələblərə cavab verməsi üçün yeniliklər edir. Apasport.az saytının məlumatına görə, bir neçə gündən sonra futbol hakimlərimizə beş qulaqcıq dəsti gətiriləcək.

Beynəlxalq miqyasda hakimlərin qulaqcıqlardan istifadə etməsi xeyli vaxtdır tətbiq olunsa da, bu, bizimkilər üçün yenilik olacaq. İndiyədək hakimlərimiz oyun zamanı bir-biri ilə əlaqə saxlayan zaman vibrasiya sistemindən istifadə edirdilər. Yəni, yan xətt hakimi bayrağındakı düyməni basdıqda, baş hakimin qolunda titrəyiş hiss olunur. Bu titrəyiş nəticəsində baş hakim köməkçisinə tərəf baxaraq, onun işarəsini qeydə alırdı.

Premyer Liqanın qarşıdakı turlarında isə hakimlər qulaqcıqlardan yararlanacaqlar və bir-birləri ilə daha asan əlaqə saxlayacaqlar. Qulaqcıqlar bahalı olsa da, onların alınması məqsədəuyğun sayılıb.
0