PFL Azərbaycan çempionuna kubok verməyi planlaşdırır
12.03.2009 - 00:20
PFL Azərbaycan çempionuna kubok verməyi planlaşdırır
Cari mövsümdən Azərbaycan Premyer Liqasının qalibi mükafatlandırılacaq. Bu barədə apasport.az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin məlumat verib. Onun sözlərinə görə, ölkə çempionuna qızıl medallarla yanaşı, ilk dəfə olaraq xüsusi mükafatın verilməsi planlaşdırılıb. Musayev bildirib ki, bu kubok keçici olmayacaq: “Hər mövsümün çempionunun öz kuboku olacaq. Bu, həmin kluba daimi veriləcək. Üzərində yazı olan həmin kubok çempionun sərəncamında qalacaq. Qoy həmin kubok illər keçdikcə bir tarix, xatirə kimi klubda qalsın. Bildiyiniz kimi, mayın 23-də baş tutacaq ölkə kubokunun final görüşü ilə mövsümə yekun vurulacaq. Fikrimiz var ki, çempionatın ən yaxşı qapıçısı, müdafiəçisi, yarımmüdafiəçisi, hücumçusu və məşqçisini mükafatlandıraq. Bu da yadda qalan kubok olacaq”.
0