Saşa Yunisoğlu: Həyəcandan özümə gələ bilmirəm
11.03.2009 - 22:25
“Azlıqda qalmağımıza baxmayaraq, məğlubiyyətlə barışmır, bərabərlik qolunu vuracağımıza inanırdıq”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın müdafiəçisi Saşa Yunisoğlu deyib.
“Xəzər-Lənkəran”la kubok matçının son dəqiqələrində vurduğu qolla komandasını yarımfinala yüksəldən yığmamızın futbolçusu bildirib ki, kapitan Rafael Əmirbəyovun tapşırığı ilə hücuma dəstək verib: “Komandamız künc zərbəsi vurmaq hüququ qazandı və Rafael mənə, “Saşa, irəli get” dedi. Topun düz mən tərəfə gəldiyini gördüm. Hamıdan cəld davranıb topu ayaqla qapıya göndərdim. "Xəzər-Lənkəran" kimi rəqibə qalib gəldiyimizə görə xoşbəxtik. İnanın ki, hələ həyəcandan özümə gələ bilmirəm, qalibiyyətimiz "Bakı"nın daha güclü olduğunu sübut etdi. Çempionatda da eyni uğuru qazanacağıq, kimsənin buna şübhəsi olmasın".
bakifc.az

- "Fənərbaxça"da gözlənilməz qərar: 10-a yaxın futbolçu ilə yollar ayrılır
- “Qarabağ”ın məşqçisi UEFA kursunda təlimatçı kimi çıxış edib
- “Trabzonspor” - “Qalatasaray” matçını idarə edəcək hakim bəlli olub
- "El Klasiko"da hakimdən inanılmaz reaksiya: "Barsa" cəbhəsi qəzəblidir
- "Arsenal"ın müdafiəçisi italyanların radarına düşüb
0
0