Savinov: Ayaqlarım irəliləməsə də, ürəyim bədənimi irəli aparırdı
11.03.2009 - 22:37
Savinov: Ayaqlarım irəliləməsə də, ürəyim bədənimi irəli aparırdı
“Xəzər-Lənkəran”ı mübarizədən kənarlaşdıraraq, ölkə kubokunun yarımfinalına yüksələn “Bakı” klubunun futbolçularının oyunsonrası fikirləri

Mahmud Qurbanov : "İnanılmaz gərginliyə səbəb olan matç alındı. Komanda yoldaşlarım bu oyunda ürəklərini qoydular və layiqli qələbə qazandılar. 0:2 hesabı ilə geri düşməyimizə baxmayaraq, inanırdım ki, qalib gələcəyik. Bu oyunda uşaqların böyük əməyini qeyd etmək istəyirəm, ən əsası isə Allah bizim tərəfimizdə idi".

Marko Şarliya: "Öncə bütün komanda yoldaşlarıma sərgilədikləri oyuna görə təşəkkürlərimi bildirirəm. Oyun çox gərgin keçdi. Belə dramatik oyunlar az-az müşahidə olunur və futbolun yaraşığıdır. “Xəzər Lənkəran” nəyə qadir olduğunu göstərdi. Ədalət naminə qeyd edim ki, “Xəzər” çox səviyyəli komandadır. Ancaq, biz daha güclü olduğumuzu sübut etdik".

Elvin Əliyev: "Çox ağır qarşılaşma oldu. Hesabı rəqiblər aşdılar, sonra ikinci qolu vurdular. Amma buna baxmayaraq, son anadək qələbəyə inanırdım. Belə də oldu: 2 oyunun nəticəsinə görə qələbə qazandıq. Bu səbəblə sevincimin həddi-hüdudu yoxdur. Həyəcan hissləri hələ də canımdan çıxmayıb, indi qarşıdan gələn oyunlar haqda düşünmək lazımdır".

Aleksey Savinov: "Oyun barədə onu deyə bilərəm ki, bu qarşılaşmada komandamız xarakter göstərdi. Bu da oyunun nəticəsinə təsir etdi. Rəqib səviyyəli komanda idi, təkcə onu demək kifayətdir ki, qonaqların 2 qol vəziyyəti oldu və hər ikisini reallaşdırdılar. Bircə onu bilirəm ki, çox yorulmuşdum və ayaqlarım irəliləməsə də, ürəyim bədənimi irəli aparırdı. Çox şadam".

bakifc.az
0